Dünyanın ən yaşlı olimpiya çempionu vəfat edib

Dünyanın ən yaşlı olimpiya çempionu vəfat edib

Beşqat olimpiya çempionu, Olimpiya tarixində ən yaşlı qızıl medal qazanan macar gimnast Aqnes Keleti 103 yaşında vəfat edib. Bu barədə Macarıstan Olimpiya Komitəsi məlumat yayıb.
 

Sfera.az bildirir ki, atletika karyerası ərzində Keleti beşi qızıl olmaqla, 10 Olimpiya medalı qazanıb. Bu, onu tarixdə ikinci ən uğurlu macar qadın idmançı edib.
Məlumata görə, qadın Budapeşt xəstəxanasında dünyasını dəyişib. Ötən həftə o, pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
 

Aqnes Keleti 9 yanvar 1921-ci ildə Budapeştdə (Klein-əvvəlki soyismi) anadan olub. 1938-ci ildə Milli Gimnastika Assosiasiyasına daxil olub. O, 1940-cı ildə Macarıstan çempionu olub. Lakin elə həmin il ona yəhudi əsilli olduğuna görə idmanla məşğul olmaq qadağan edilib.
 

İkinci Dünya Müharibəsi zamanı Kelete yüz minlərlə macar yəhudisinin həlak olduğu nasist ölüm düşərgələrinə deportasiyadan qaçmağı bacarıb. O, saxta sənədlərlə Budapeştin cənubundakı kənddə gizlənib. Lakin onun atası və bir çox qohumları Auşvitsin qurbanı olublar.


Keleti ilk Olimpiya qızılını 31 yaşında 1952-ci ildə Helsinki Oyunlarında qazanıb. Onun karyerası 1956-cı ildə Melburn Olimpiadasında zirvəyə çatıb və burada dörd qızıl medal qazanıb. Həmin vaxt o, qızıl qazanan ən yaşlı gimnast olub.
 

1957-ci ildə Aqnes İsrailə mühacirət edib, burada evlənərək iki uşaq dünyaya gətirib.
 

Atletika karyerası ərzində Keleti beşi qızıl olmaqla, 10 olimpiya medalı aldı və bu, onu Aladar Giereviçdən sonra ikinci ən uğurlu Macarıstan idmançısı etdi. O, həmçinin bir sıra Macarıstanın dövlət mükafatlarına layiq görülüb.
 

Beynəlxalq Olimpiya Komitəsi onu "Həyatı ölkənin tarixi və dini irsi ilə sıx bağlı olan Macarıstanın əzəmətli gimnastı" - kimi xarakterizə edib.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...