Rusiyada daha bir təyyarədə nasazlıq YARANDI


Rusiyada daha bir təyyarədə nasazlıq YARANDI

Volqoqraddan Yekaterinburqa uçan “NordStar Airlines”ə məxsus sərnişin təyyarəsi təcili olaraq Volqaqrad hava limana geri qayıdıb. 

 

Sfera.az Rusiya KİV-ə istinadən xəbər verir ki, uçuş texniki nasazlıq səbəbindən dayandırılmalı olub.

 

“Ekipaj 21.23-də Volqoqrada qayıtmaq qərarına gəlib. Təyyarə yedəyə alınaraq dayanacağa aparılıb. Təyyarədə 164 sərnişin və 6 ekipaj üzvü olub. Onların heç biri xəsarət almayıb”, – “NordStar Airlines” bildirib.


Mütəxəssislər hazırda “Boeing 737-800”ün enerji blokunun nasazlığı siqnalının niyə işə düşdüyünü araşdırırlar.


Xatırladaq ki, ötən gün səhər saatlarında Moskvadan Norilska gələn Rusiyanın Sibir Hava Yollarına məxsus Airbus 321A təyyarəsi hava limanına endikdən sonra dönərkən uçuş-enmə zolağından çıxıb. 


OXŞAR XƏBƏRLƏR