Tramp ərazi güzəştləri ilə razılaşmalı olacaq - İDDİA

Tramp ərazi güzəştləri ilə razılaşmalı olacaq - İDDİA

Ukraynadakı münaqişəyə son qoymaq üçün ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ərazi güzəştlərinə razılıq verməyə məcbur olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə 19FortyFive informasiya portalı yazıb. Materialın müəllifləri qeyd ediblər ki, Ukrayna və onun müttəfiqləri artıq münaqişədə uduzublar və belə bir nəticənin qarşısını almaq üçün heç bir hərbi vasitə yoxdur.

 

Nəşr qeyd edib ki, Vaşinqton münaqişəni Rusiya üçün məqbul olan diplomatik şərtlərlə dayandırmağa çalışmalı və daha çox Ukrayna ərazilərindən imtina edərək, Ukraynanı gələcəkdə NATO-ya üzv olmaq imkanından məhrum edərək sövdələşməyə getməli olacaq.

 

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Moskva Trampın Ukraynanın NATO-ya üzvlüyünü təxirə salmaq təklifindən razı deyil. Lavrovun sözlərinə görə, ABŞ-nin yeni prezident administrasiyası Rusiyaya Ukraynanı daha iyirmi il ərzində alyansa qəbul etməməyi, həmçinin hərbi əməliyyatları dondurmağı və gələcək qarşıdurma üçün məsuliyyəti Avropanın üzərinə atmağı təklif etməyi planlaşdırır. Bu, Rusiya Federasiyasına qətiyyən uyğun gəlmir.

 

19FortyFive, "1945" kimi tərcümə edilə bilən bir nəşrdir - faşizmin məğlub edildiyi il. Nəşr milli təhlükəsizlik və siyasət məsələlərini əhatə edir.

 

İnci


OXŞAR XƏBƏRLƏR