ABŞ-də sürücü yük maşınını izdihamın üzərinə sürdü - 10 nəfər öldü + YENİLƏNDİ
Xəbər verdiyimiz kimi, yanvarın 1-nə keçən gecə yerli vaxtla təxminən 3:15-də ABŞ-nun Nyu-Orlean şəhərində avtomobil izdihama çırpılıb.
Sfera.az "NBC News"a istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb
Sürücü daha sonra polisə atəş açıb və iki polis əməkdaşını vurub.
Avtomobilin sürücüsünün kimliyi və motivləri hələlik məlum deyil.
Nyu-Orlean şəhərinin meri LaToya Kantrell hadisəni terror aktı adlandırıb.
Kantrell jurnalistlərlə keçirdiyi brifinq zamanı terror aktı ilə bağlı öz versiyasını açıqlayıb.
FTB-nin Nyu Orleandakı sözçüsü Alethea Duncan daha sonra bildirib ki, istintaqın hazırkı mərhələsində insident terror aktı hesab edilmir. O əlavə edib ki, hadisə yerində əldəqayırma partlayıcı qurğu aşkarlanıb.
***
16:40
ABŞ-nin Nyu-Orlean şəhərində sürücünün yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində ən azı 10 nəfər həlak olub, daha 30 nəfər xəsarət alıb.
Sfera.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Bildirilir ki, sürücü daha sonra nəqliyyat vasitəsindən düşərək silahdan atəş açmağa başlayıb, hüquq-mühafizə orqanları da cavab atəşi açıb.
"İlkin məlumatlara görə, avtomobil, çox güman ki, bir qrup insana çırpılıb. Xəsarət alanlar barədə məlumat olmasa da, ölüm hallarının olduğu bildirilir", - yerli polis idarəsindən qeyd olunub.