Məhkəmə Cənubi Koreya prezidentinin həbsinə qərar verib

Məhkəmə Cənubi Koreya prezidentinin həbsinə qərar verib

 Dekabrın 3-də Cənubi Koreyada hərbi vəziyyətin elan edilməsi ilə bağlı aparılan istintaqın nəticəsində Prezident Yoon Suk Yeolun həbsinə qərar verilib.

 

Sfera.az “Yonhap”ın məlumatına istinadən xəbər verir ki, Seul Qərb Bölgəsi Məhkəməsi Korrupsiya İstintaq İdarəsi (CIO), Təhlükəsizlik Baş İdarəsi və Müdafiə Nazirliyinin birgə araşdırması çərçivəsində yüksək vəzifəli məmurların həbs tələbini qəbul edib.

 

Məhkəmə “iğtişaş” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə aparılan istintaq zamanı Yoon barəsində həbs qərarı çıxarıb. Məhkəmə müstəntiqlərin prezident iqamətgahında axtarış aparılması ilə bağlı vəsatətini də təmin edib. Müstəntiqlərə əmrləri yerinə yetirmək üçün bir həftə vaxt verilib.

 

İstintaqı aparan orqanlar dekabrın 18, 25 və 29-da prezidenti üç dəfə dindirməyə çağırıb, lakin Yoonun zənglərə cavab vermədiyini bildirib və dünən məhkəmədən onun həbs olunmasını istəyib. Cənubi Koreya tarixində ilk dəfə olaraq vəzifədə olan dövlət başçısının həbsinə order verilib.

 

Cənubi Koreyanın Prezidenti Yoon Suk Yeol dekabrın 3-nə keçən gecə televiziyada çıxışı zamanı “müxalifətin dövlət əleyhinə fəaliyyətə qarışdığını” əsas gətirərək hərbi vəziyyət elan etmişdi. Yoon müxalifəti hökumətin fəaliyyətinə mane olmaqda günahlandırdı.

 

Prezidentin bu addımına cavab olaraq parlament fövqəladə iclas keçirərək hərbi vəziyyət qərarını 190 deputatın səsi ilə ləğv etdi. Bundan sonra Yoon Nazirlər Şurasını toplayıb və kabinetin təsdiqindən sonra hərbi vəziyyətə son qoyduğunu açıqlayıb.

 

Dekabrın 14-də parlamentdə müxalifət partiyaları hərbi vəziyyətin elan edilməsinin konstitusiyaya zidd olduğunu əsas gətirərək Yoonun prezident səlahiyyətlərinin məhdudlaşdırılması məsələsini səsverməyə çıxartdı. Keçirilən səsvermədə parlament böyük səs çoxluğu ilə Yoonun səlahiyyətlərini məhdudlaşdırdı. Hazırda prezidentin səlahiyyətlərini baş nazirin müavini və maliyyə naziri Çoi Sanq-mok icra edir.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...