Rusiya və Ukrayna əsir mübadiləsi apardılar

Rusiya və Ukrayna əsir mübadiləsi apardılar
Kateqoriya məlum deyil
T

Rusiya və Ukrayna əsir mübadiləsi həyata keçirib.


Sfera.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“30 dekabrda aparılan danışıqlar nəticəsində Kiyev rejiminin nəzarətində olan ərazidən 150 rus hərbçisi geri qaytarıldı. Əvəzində 150 Ukrayna Silahlı Qüvvələri hərbi əsiri təhvil verildi,” - nazirliyin məlumatında qeyd olunub.

 

Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin hərbçiləri hazırda Belarus ərazisindədirlər və onlara psixoloji və tibbi yardım göstərilir. Nazirliyin bildirdiyinə görə, rus əsirlərin geri qaytarılması prosesində humanitar xarakterli vasitəçilik səylərini Birləşmiş Ərəb Əmirlikləri göstərib.


Günay
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR