"Çelsi" hücumçusunun qiymətini açıqladı
Dünya
12:05 / 29.12.2024
5043
İngiltərənin "Çelsi" klubu hücumçusu Karni Çukvuemekanın qiymətini açıqlayıb.
Sfera.az BBC-yə istinadən xəbər verir ki, London klubu 21 yaşlı futbolçunun sərbəst qalma məbləğini 40 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.
İngiltərənin U-21 millisinin üzvü "Çelsi"də yetərincə şans qazanmadığı üçün başqa kluba keçməkdə qərarlıdır. Futbolçuya İtaliyanın "Milan", İngiltərənin "Everton" və "Vest Hem" klubları maraq göstərir. Lakin bu komandalar "Çelsi" rəhbərliyinin təyin etdiyi məbləği ödəmək fikrində deyillər.
Qeyd edək ki, K.Çukvuemeka bu mövsüm UEFA Konfrans Liqasında bir oyuna start heyətində başlayıb. Lakin o, İngiltərə Premyer Liqasında meydana çıxmayıb.