Çin və İran XİN başçıları Pekində görüşüb
Dünya
10:08 / 28.12.2024
6014
Çinin xarici işlər naziri Van İ dekabrın 27-də Pekində İran XİN-in başçısı Abbas Əraqçi ilə görüşüb.
Sfera.az xəbər verir ki, məlumatı İRNA yayıb.
Məlumata görə, diplomatlar ikitərəfli münasibətlər və hərtərəfli əməkdaşlıq proqramının həyata keçirilməsi prosesi barədə fikir mübadiləsi aparıblar.
Bildirilib ki, iranlı nazir çinli həmkarını ölkəsinə dəvət edib.