Hindistanda 7 günlük matəm elan edildi
Hindistan hakimiyyəti ölkənin keçmiş Baş naziri Manmohan Sinqhin vəfatı ilə əlaqədar 7 günlük matəm elan edib.
Sfera.az xəbər verir ki, bu barədə Cənubi Asiya Respublikasının Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mərhum hörmətli şəxsə ehtiram əlaməti olaraq, 26/12/2024-cü ildən 01/01/2025-ci il daxil olmaqla bütün Hindistanda yeddi günlük matəm elan ediləcək. Bu müddət ərzində bütün Hindistanda milli bayraq yarıya qədər endiriləcək və heç bir rəsmi əyləncə tədbirləri keçirilməyəcək”, - departamentdən bildirilib.
Hakimiyyət də dəfn mərasiminin dövlət səviyyəsində keçirilməsinə qərar verib. Dəfnin dekabrın 28-də baş tutacağı gözlənilir.
Qeyd edək ki, Manmohan Sinq dekabrın 26-da 92 yaşında evindən huşsuz vəziyyətdə tapılıb. Həkimlər qeyd edib ki, Sinq yaşlı insanlara xas olan bir sıra xəstəliklərdən əziyyət çəkirdi. Həkimlərin bütün səylərinə baxmayaraq, onu həyata qaytara bilməyiblər.
Firuzə Əliyeva