Braziliyanın aviasiya rəsmiləri və “Embraer”in heyəti təyyarə qəzası ilə əlaqədar Qazaxıstana gələcək
Dünya
11:16 / 26.12.2024
6237
Aktau yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin dekabrın 27-də Qazaxıstana səfəri gözlənilir.
Bu barədə Sfera.az Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat verir.
"Nəqliyyat Nazirliyi Azərbaycan hökuməti ilə birgə işləyir. Sabah Braziliyanın aviasiya rəhbərliyi və “Embraer” şirkətinin nümayəndələrinin gəlişi gözlənilir. Tupkaraqan rayonunda yerli miqyaslı texnogen xarakterli fövqəladə vəziyyət rejimi tətbiq edilib", - məlumatda bildirilib.