Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi


Parisdə Eyfel qülləsində yanğın olub: 1000-dən çox turist təxliyə edildi

Parisdə Eyfel qülləsində yanğın olub, turistlər evakuasiya edilib.
 

Sfera.az bildirir ki, xilasedicilər Parisin simvoluna çatıb və yanğını söndürməyə başlayıblar. Eyfel qülləsi ziyarətçilər üçün bağlanıb və insanlar tikilidən uzaqlaşdırılıb. Yanğınsöndürənlərin yanğın mənbəyinə çatmaqda çətinlik çəkdiyi bildirilir.
 

İlkin məlumata görə, yanğın qüllənin birinci və ikinci mərtəbələri arasındakı lift şaxtasında baş verib.


"Hazırda Eyfel qülləsində yanğın davam edir. Təcili xidmətlər sədd quraşdırıblar, lakin yanğınsöndürmə idarəsinin alovlara çıxışı yoxdur" - deyə şahidlərdən biri bildirib.
 

Hadisə yerindən olan jurnalist 1200-ə yaxın insanın təxliyə edildiyini bildirib. Onun sözlərinə görə, yanğınsöndürənlər yanğına səbəb kabelin həddindən artıq qızması ilə əlaqələndiriblər. Artıq yanğın söndürülüb.
 

Qeyd edək ki, orta hesabla Eyfel qülləsini gündə 25 minə qədər turist ziyarət edir.


Yanğın təxminən səhər saat 10:30 radələrində lift kabellərindən birinin həddən artıq qızması nəticəsində baş verib. Saat 12:39-a olan məlumata görə, yanğın, artıq lokallaşdırılıb. Xilasedicilərin qülləyə girişi məhdudlaşdırılıb.
 

Media əlavə edib ki, Eyfel qülləsi bundan əvvəl də böyük yanğınla üzləşib. 1956-cı ilin yanvarında televiziyanın idarəetmə otağında yanğın baş verib və strukturun yuxarı hissəsinə ciddi ziyan dəyib. Hadisədən sonra qüllə bir il ərzində təmir edilib və zirvəsinə radio antenası əlavə edilib.


Aynil

 


OXŞAR XƏBƏRLƏR