Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğradı

Rusiyaya məxsus gəmi Aralıq dənizində qəzaya uğradı
Kateqoriya məlum deyil
T

Rusiyaya məxsus “Ursa Major” ticarət gəmisi İspaniya və Əlcəzair arasındakı beynəlxalq sularda batıb.

 

Bu barədə Sfera.az “El Español” nəşrinə istinadən xəbər verir.

 

Nəşr qeyd edir ki, gəmi maşın şöbəsində baş verən partlayışdan sonra batıb.

 

Heyətin iki üzvü itkin düşüb, qalan 14 nəfər xilas edilərək İspaniyanın Kartaxena şəhərinə aparılıb.

 

Dekabrın 11-də Sankt-Peterburqdan yola düşən gəmi Vladivostoka gedirmiş.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR