Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ! - Azərbaycanlılar üçün YENİ QAYDALAR

Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ! - Azərbaycanlılar üçün YENİ QAYDALAR

1 yanvar 2025-ci ildən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında məlumat verib.

 

Belə ki, bu tarixdən etibarən Azərbaycan vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.

 

“Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

 

Azərbaycan vətəndaşı Rusiya Federasiyasının dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır. Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət Azərbaycan vətəndaşını qəbul edən tərəf (şəxsə faktiki yaşayış yeri vermiş Rusiya Federasiyası vətəndaşı, adıçəkilən ölkədə daimi yaşayan əcnəbi, hüquqi şəxs, hüquqi şəxsin filialı və ya nümayəndəliyi və s.) və ya Azərbaycan vətəndaşının özü tərəfindən edilə bilər.

 

Olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı müraciət qəbul edən tərəfindən ediləcəyi təqdirdə Azərbaycan vətəndaşı ona müvafiq sənədləri (miqrasiya kartını və şəxsiyyətini təsdiq edən sənədi) təqdim etməlidir. Qəbul edən tərəf olduğu yer üzrə qeydiyyat ilə bağlı öhdəlikləri yerinə yetirdikdən sonra Azərbaycan vətəndaşına miqrasiya uçotunun təsdiqinə dair bildirişin əcnəbidə qalan hissəsini verir.

 

Azərbaycan vətəndaşı özü də müstəqil şəkildə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri ilə bağlı bölmələrinə müraciət etmək hüququna malikdir. Həmçinin, belə müraciət dövlət və bələdiyyə xidmətlərinin göstərilməsi üzrə çoxfunksiyalı mərkəz vasitəsi ilə də edilə bilər”, - Xidmət rəisi qeyd edib.

 

Azərbaycan vətəndaşı aşağıda göstərilən hallarda isə olduğu yer üzrə qeydiyyatla (miqrasiya uçotu) bağlı vahid portal üzərindən (vahid dövlət və bələdiyyə xidmətləri portalı) elektron qaydada müraciət edə bilər:

 

- Azərbaycan vətəndaşının faktiki yaşadığı yaşayış sahəsinə mülkiyyət hüququ olduqda;

- Azərbaycan vətəndaşı qəbul edən tərəf ilə yaşayış sahəsi üzrə icarə müqaviləsi bağladıqda;

 

- qəbul edən tərəfin Azərbaycan vətəndaşının ölkəyə gəlişinə dair bildirişi təqdim etməsinə mane olan hallar (rəsmi sənədlə təsdiq edilmiş üzrlü səbəb göstərilməlidir) mövcud olduqda.

 

V.Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşları əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına səfər edərkən əmək patentinin rəsmiləşdirilməsi üçün ərizə ilə müraciət zamanı (ölkəyə giriş tarixdən 30 təqvim günü ərzində) fotoşəkil çəkdirməli, icbari dövlət daktiloskopik qeydiyyatından və tibbi müayinədən keçməlidirlər:

 

“Digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən və uzun müddət (90 gündən çox) ölkə ərazisində qalmağı planlaşdıran Azərbaycan vətəndaşları da ölkəyə giriş tarixindən etibarən 90 təqvim günü ərzində qeyd olunan prosedurlardan (fotoşəkilin çəkilməsi, icbari dövlət daktiloskopik qeydiyyatı və tibbi müayinə) keçməlidirlər. Bu prosedurlardan keçmə yaşama icazəsi üçün sənəd təqdim edilməsi zamanı zəruridir. Azərbaycan vətəndaşları daktiloskopik qeydiyyat və fotoşəkil çəkilməsi üçün Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya məsələləri üzrə regional orqanlarına və ya onun tabeliyində olan müəssisələrinə, həmçinin Moskva şəhəri ərazisində yerləşən səlahiyyətli təşkilata müraciət etməli və müvafiq sənəd əldə etməlidirlər.

 

Əmək fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hallar istisna olmaqla, qalan digər məqsədlərlə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşları Rusiya Federasiyası ərazisini tərk etmədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün miqrasiya kartında göstərdikləri ölkəyə gəliş məqsədlərini dəyişdirmək hüququna malikdirlər.

 

Təhsil məqsədi ilə Rusiya Federasiyasına səfər edən Azərbaycan vətəndaşının ölkədə müvəqqəti olma müddəti müvafiq ərizə və Rusiya Federasiyası ərazisində təhsil aldığını təsdiq edən sənədlər əsasında uzadılır.

 

Rusiya Federasiyasında olma və yaşama qaydalarına riayət etməyən Azərbaycan vətəndaşları barədə məsuliyyət tədbirləri (cərimə, olma müddətinin qısaldılması) və kənara çıxarılma tədbirləri tətbiq edilə bilər.

 

Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur. Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda (şəxsiyyəti təsdiq edən digər sənəddə) qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır”.


OXŞAR XƏBƏRLƏR

Əfsanəvi “Mad Mike” təyyarəsinin hekayəsi

Təyyarələr üçün ləqəblərə öyrəşmişik, lakin “Mad Mike” onların hamısından fərqli idi. Çünki bu ad təkcə sevgidən deyil, həm də səbəb olduğu sürprizl...

Minillik yala:Niyə pişiklərə süd verilməməlidir?

    İnsanlar və pişiklər min illərdir yan-yana yaşayıblar. Bu müddət ərzində heyvanların davranışı ilə bağlı miflər yaranıb. İndi isə elm adamla...

“Mənə işgəncə verib, bıçaqla vurub” - Xalq artisti keçmiş ərindən danışdı
“Biz altı-yeddi il bir yerdə olmuşuq. Mənə hər zaman işgəncə verib, təhdid edib. Dəfələrlə ondan qaçıb başqa yerdə yaşamışam. Amma bunu çox adama bildirmə...

Bəy toyda gəlinin üzün çəngəllə zədələdi: Bir il sonra boşandılar

Bəy toyda sevgilisinin üzünə tort ataraq çəngəllə xəsarət yetirib. Cütlük mərasimdəki xoşagəlməz hadisədən bir il keçməmiş boşanıb.   Sfera.az bildir...

Turist dərəyə daş atdığına görə bütün pulunu itirə bilər - SƏBƏB

Bir turist düşünülməmiş hərəkətə görə 200 min avroya qədər rekord məbləğdə cərimələnə bilər. Dostları onu İspaniyanın şimalındakı Picos de Europa Milli Parkında...

Barmen üçün milyonçudan ayrıldı: Taleyi necə dəyişdi? - FOTOLAR

Ukraynalı Lana Pitel mühacir köçdükdən sonra ABŞ-da necə karyera və iki övladı olan makedoniyalı ilə münasibət qurduğundan danışıb.   Sfera.az bildir...