Logo

İlon Mask “Twitter”də qiymətləri ARTIRDI - MƏBLƏĞ

İlon Mask "Twitter"də qiymətləri ARTIRDI - MƏBLƏĞ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İlon Maskın 2022-ci ildə satın aldığı, əvvəllər “Twitter” kimi tanınan “X” tətbiqində reklamsız istifadəni təmin edən “Premium+” paketinin qiymətlərində böyük artım olub.

Sfera.az xəbər verir ki, bununla bağlı “X” şirkətindən açıqlama verilib.

Məlumata görə, “Premium+” ödənişləri ABŞ-də aylıq paket üçün 16 dollardan 22 dollara, illik abunələr isə 168 dollardan 229 dollara yüksəlib.

Avropa ölkələrində aylıq paketdəki qiymətlər 16 dollardan 21 dollara, Kanadada isə “Premium+” qiymətləri 20 dollardan 29 dollara yüksəlib.

“X” qeyd edib ki, artan “Premium+” abunə haqları mövcud abunəçilər üçün 20 yanvar 2025-ci il tarixindən tətbiq ediləcək.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR