Logo

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı

Britaniya səfiri Gürcüstan XİN-ə çağırıldı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Sfera.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, səfir XİN-dəki görüşdən əvvəl KİV-ə şərh verməkdən imtina edib.

"Gürcüstan Xarici İşlər Nazirliyində Britaniyanın ölkəmizdəki səfiri Qaret Uordla görüş keçirilir. Səfirin XİN-ə çağırılması Britaniyanın sanksiyalar tətbiq etməsi ilə bağlıdır", - "Birinci kanal" məlumat verib.

Qeyd edək ki, ötən gün Britaniya Gürcüstanın DİN rəhbəri Vaxtanq Qomelauri də daxil olmaqla bəzi yüksək vəzifəli məmurlara qarşı sanksiyalar tətbiq edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR