Uşaqlarına qəhrəmanların adını qoyanlara 500 min rubl VERİLƏCƏK

Uşaqlarına qəhrəmanların adını qoyanlara 500 min rubl VERİLƏCƏK
Kateqoriya məlum deyil
T

Çeçenistanın rəhbəri Ramzan Kadırov yeni doğulan uşaqlarına milli qəhrəmanların adını qoyan valideynlərə 500 min rubl veriləcəyini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, Kadırov bu barədə özünün Telegram kanalında yazıb .

 

Belə ki, söhbət ilin sonunadək doğulan uşaqlardan gedir.

 

“Bu gündən etibarən yeni doğulan körpələrinə çeçen qəhrəmanlarının adını qoyan valideynlərin hər birinə 500 min rubl veriləcək”, - Kadırov qeyd edib.

 

Bundan əlavə, Çeçenistan rəhbəri bölgə sakinlərini regional muzeylər üçün tarixi əşyaların toplanmasına kömək etməyə çağırıb:

 

“Bu, nəinki tariximizi qoruyub saxlayacaq, həm də onu gələcək nəsillər üçün əlçatan edəcək”.

 

Firuzə Əliyeva

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR