10 yaşlı qızını öldürən ataya ömürlük HƏBS CƏZASI VERİLDİ


10 yaşlı qızını öldürən ataya ömürlük HƏBS CƏZASI VERİLDİ

Britaniyada 10 yaşlı qızı Sara Şərifin qətlində təqsirli bilinən atası və ögey anası ömürlük həbs cəzasına məhkum ediliblər.

 

Sfera.az bildirir ki, Urfan Şərif azı 40 il, Beinaş Batul isə 33 il həbsdə qalmaqla ömürlük həbs cəzasına məhkum ediliblər. Sara Şərifin əmisi, Feysəl Malik qətldə təqsirli bilinməsə də, uşağın ölümünə səbəb olma və ya buna yol vermə ittihamı ilə 16 il həbs cəzası alıb.

 

Sara 2023-cü il avqustun 8-də Surrey qraflığının Vokinq şəhərindəki evində vəfat edib və cəsədi iki gün sonra çoxsaylı xəsarətlərlə tapılıb. Məhkəmə prosesində məlum olub ki, Sara uzun müddət ərzində fiziki zorakılığa məruz qalıb və bu, onun ölümünə səbəb olub.

 

Hakim cəza təyin edərkən təqsirləndirilən şəxslərin əməllərinin ağırlığını və uşağın çəkdiyi əzabları nəzərə alıb.(Modern.az)


OXŞAR XƏBƏRLƏR

Sabah bəzi ərazilərdə leysan olacaq

Mayın 15-də gözlənilən hava şəraiti açıqlanıb.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   Bakı və Abşe...

Ali məktəblərə keçid balları artırıla bilər

Ali təhsil müəssələrində keçid ballarının artacağı gözlənilir. Buna səbəb isə bu il qəbul imtahanının birinci mərhələsində abituriyent sayının ötən ilə nisbətən...

“Müharibəyə tam hazır olmalıyıq" - Kim Çen In

Şimali Koreya lideri Kim Çen In xüsusi təyinatlı qüvvələrin taktiki hərbi təlimində iştirak edərək, ordunun əsas vəzifəsinin “müharibəyə tam hazır olmaq&r...

“McDonald’s”dan maraqlı addım - 21 yaşdan kiçik şəxslər buraxılmayacaq

ABŞ-nin Virciniya ştatının Franconia bölgəsində yerləşən bir “McDonald’s” filialı  bölgədə artan şagird zorakılığı və müştəri şikayətləri...

"Tramp Çindən mənfəət əldə etməyi düşünür" - AÇIQLAMA

ABŞ Prezidenti Donald Trampın İsveçrədə keçirilən görüşlərdən sonra verdiyi açıqlamalar, 2025-ci ilin may ayında ABŞ və Çin arasında əldə olunan müvəqqəti ticar...

Bu şirkət 11 min iş yerini ixtisar edəcək

Yaponiyanın avtomobil istehsalçısı "Nissan" zəif satışlar fonunda biznesini sarsıtdığı üçün dünya üzrə daha 11 000 iş yerini ixtisar edəcəyini və yedd...