Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil


Zelenski: Bizə Orban kimi vasitəçi lazım deyil

“Bizə vasitəçi qismində Orban lazım deyil. ABŞ ilə birbaşa əlaqələrə ehtiyacımız var”.

 

Sfera.az-ın məlumatına görə, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib:

 

“O, Putinə necə təsir göstərəcək? Viktor Orbanın bizim malik olduğumuz ordu kimi ordusu varmı? Bu, sanki bir lətifəyə bənzəyir və insanda təbəssüm yaradır. Yox, əgər varsa, qoy özünə saxlasın” – Ukrayna prezidenti fikirlərini belə tamamlayıb.

 

Qeyd edək ki, dekabrın 12-də Kremlin mətbuat katibi Dmitri Peskov Macarıstan Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı yeni il öncəsi əsir mübadiləsi və Milad atəşkəsi təklif etdiyini açıqlayıb.

 

O, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Moskvadakı Macarıstan səfirliyinə mübadilə üçün əsirlikdə olanların siyahısını göndərdiyini, lakin Ukraynanın Orbanın bu təşəbbüsünü də qəbul etmədiyini söyləyib. (APA)


OXŞAR XƏBƏRLƏR

Bakıda qızı küçədə "soyundurub" reklam çəkdilər - VİDEO

Məşhur mağazalar şəbəkəsi Bakıda çəkdirdiyi reklam videosuna görə kəskin tənqid edilib.   Sfera.az Milli.Az-a istinadən xəbər verir ki, küç...

Ağdaşda zibil poliqonu ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Azərbaycan rayonlarının birində bərk məişət tullantılarının saxlanması və zərərsizləşdirilməsi üçün ayrılan ərazi (poliqon) haqqında mediada yayılan məlumatları...

Bakıda vəzifə vəd etdi, 85 min manatını mənimsədi

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edərək dələduzluq edən şəxs polis tərəfindən saxlanılıb.   Sfera.az xəbər verir...

"Çörəkdən tam imtina sağlamlığa zərərdir" - AİB sədrindən ETİRAZ

Azərbaycan əhalisi son iyirmi ildə davamlı olaraq çörək və un məmulatlarının istehlakını azaldır, əvəzində meyvə və tərəvəz istehlakını artırır. 2005-ci ildə ad...

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...