Narışkin Əsədlə bağlı iddialara belə cavab verdi

Narışkin Əsədlə bağlı iddialara belə cavab verdi
Kateqoriya məlum deyil
T

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Suriyanın keçmiş prezidenti Bəşər Əsədə dövlət mühafizəsinin verilməsi ilə bağlı məlumatı təsdiqləməyib.

 

Sfera.az “Qafqazinfo”a istinadən xəbər verir ki, o, TASS-ın bu barədə sualını cavablandırarkən “Bilmirəm” deməklə kifayətlənib.

 

O, Əsədin mühafizəsinin etibarlı mühafizə olunub-olunmaması barədə sualın ona aid olmadığını deyib.

 

“Bu, mənə aid olan sual deyil”, - Sergey Narışkin bildirib.

 

Xatırladaq ki, dekabrın 8-də Suriyada müxalif qüvvələr hakimiyyəti ələ keçirdiklərini və Bəşər Əsədin ölkəni tərk etdiyini açıqlayıblar. Daha sonra Bəşər Əsəd və ailəsinin Rusiyadan siyasi sığınacaq aldığı məlum olub.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR