Bu il Azərbaycandan turist axını 17 % ARTDI

Bu il Azərbaycandan turist axını 17 % ARTDI

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 33 %, Rusiya Federasiyasına gedənlərin sayı 13,4 %, Gürcüstana gedənlərin sayı 13 %, Türkiyəyə gedənlərin sayı 9,9 % artıb.

 

Azərbaycan vətəndaşlarının 41,4 %-i Türkiyəyə, 20,6 %-i Rusiya Federasiyasına, 8,7 %-i Gürcüstana, 8,6 %-i İrana, 20,7 %-i digər ölkələrə səfər edib.

 

Gedənlərin 63,9 %-ini kişilər, 36,1 %-ini qadınlar təşkil edib.

 

11 ayda xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 69,5 %-i hava, 28,4 %-i dəmir yolu və avtomobil, 2,1 %-i isə dəniz nəqliyyatından istifadə edib.


OXŞAR XƏBƏRLƏR

İranda daha bir partlayış: Müdafiə zavodunda

İranda müdafiə zavodunda partlayış baş verib.   Sfera.az xəbər verir ki, "İsraelHayom"un yazdığına görə, hadisə nəticəsində ölənlər va...

"Kapital Bank"ın dəstəklədiyi “Nə? Harada? Nə zaman?” oyunu üzrə çempionat yekunlaşdı

Ötən gün məktəb, lisey və kollec müəllimləri, eləcə də inzibati işçilərdən ibarət komandalar üçün həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzr...

Prezident Banqladeşin Baş müşavirini İƏT-in 17-ci Zirvə Toplantısına dəvət edib

Prezident İlham Əliyev Banqladeşin Baş müşaviri (Baş nazir) Məhəmməd Yunusu İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının 17-ci Zirvə Toplantısın...

"Elə işsiz adam var ki, 300 manat maaşa işləmək istəmir" - Kamil onları tənqid etdi

İctimai fəal, idmançı Kamil Zeynallı ARB-də "Günə bax" verilişində qonaq olub.   Sfera.az xəbər verir ki, Kamil işsizlikdən gileylənən...

Sosial media fenomeni həbs edildi

Fenomen Mükremin Gezgin sosial şəbəkədə paylaşdığı videoya görə ədəbsizlik ittihamı ilə ev dustaqlığına məhkum edilib.   Sfera.az xarici mətbuata ist...

İqlesiasın konsert biletləri təəccübləndirdi - 5170 manatdan başlayır

Tanınmış ispan müğənnisi Enrike İqlesias Misirdə "Rixos" otelinin açılışı münasibətilə konsert proqrammı ilə çıxış edəcək. Sfera.az xəbər verir k...