Daha iki ölkə BRİCS-ə qoşula bilər - Tarix AÇIQLANDI

Daha iki ölkə BRİCS-ə qoşula bilər - Tarix AÇIQLANDI

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamasına görə, Kuba və Boliviya 2025-ci il yanvarın 1-dən BRİCS-ə tərəfdaş ölkələr kimi qoşula bilər.

 

Sfera.az xəbər verir ki, “İzvestiya” qəzetinə müsahibəsində Ryabkov hər iki ölkənin dəvət aldığını təsdiqləyib və onların uğurlu tərəfdaş kimi daxil ediləcəyinə əmin olduğunu deyib.

 

Bu ölkələrin tərəfdaş statusu ilə bağlı müzakirələr hələ də davam etsə də, Ryabkov əmin edib ki, dəvət olunan ölkələrin heç biri təklifi rədd etməyib.

 

“Bunlar dəvət olunmuş bütün ölkələr üçün böyük, ciddi perspektivlərdir və siyahının açıqlanmasına bir neçə gün qalıb”, - o qeyd edib.

 

2023-cü ilin oktyabrında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov BRICS-in tərəfdaşları hesab edilən 13 ölkənin siyahısını açıqlamışdı. Noyabrın ortalarında Rusiya Tayland, İndoneziya və Malayziyanı yeni tərəfdaşlar kimi təsdiqləyib, Vyetnam da bloka qoşulmaqda maraqlı olduğunu bildirib.

 

Xatırladaq ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın yaratdığı BRİCS 2024-cü il yanvarın 1-də Misir, Efiopiya, İran və BƏƏ-nin bloka qoşulması ilə üzvlüyünü genişləndirib.

 

Səudiyyə Ərəbistanı qoşulmağa dəvət olunub və gələn ildən Braziliya BRİCS-ə sədrlik edəcək.

 

Vasif

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...