“Bir gecədə “yeni Suriya” yarandı” – Hakan Fidan

“Bir gecədə “yeni Suriya” yarandı” – Hakan Fidan

“Suriya prezidenti Bəşər Əsəd hakimiyyətini itirdi, çünki o, ölkədəki hərbi əməliyyatlardakı fasilədən xalqla “barışıq” üçün istifadə etmədi”.

 

Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. O qeyd edib ki, bir gecədə bölgədə “yeni Suriya” yaranıb.

 

“Bəşər Əsəd rejimi süqut etdi. Və ölkəyə nəzarət əldən -ələ keçdi. Bu bir gecədə baş vermədi”, - diplomat vurğulayıb.

 

Fidanın sözlərinə görə, Suriya son 13 ildə “qarışıqlıq vəziyyətində”dir. 2016-cı ildə Rusiya və Türkiyənin vasitəçilik səyləri sayəsində ölkədə hərbi əməliyyatlar donduruldu, lakin Yaxın Şərq respublikasının rəhbərliyi bu vaxtdan xalqla dil tapmaq üçün istifadə etmədi.

 

"Suriya elə bir mərhələyə çatıb ki, xalq öz ölkəsinin gələcəyini təyin edəcək", - nazir əlavə edib.

 

Dekabrın 8-nə keçən gecə noyabrın sonunda fəallaşan Suriya müxalifətinin silahlı dəstələri ölkənin paytaxtı Dəməşq şəhərini nəzarətə götürüb. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi Bəşər Əsədin dövlət başçısı postunu tərk edərək xaricə getməyə qərar verdiyini açıqlayıb. Son məlumata görə, Əsəd ailəsi ilə Moskvadadır.(musavat.com)


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...