Amber Herd boşandıqdan sonra ana olmağa hazırlaşır


Amber Herd boşandıqdan sonra ana olmağa hazırlaşır

Aktrisa Amberd Herd ikinci dəfə ana olacaq.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa indi ilkin mərhələdədir. Uşağın atasının adı açıqlanmır. Lakin o, xoşbəxtdir və artıq bu xəbəri 3 yaşlı qızı və yaxın dostları ilə bölüşüb.
 

Xatırladaq ki, 2022-ci ilin iyununda münsiflər heyəti Amber Herdi keçmiş ərinə qarşı böhtan atmaqda təqsirli bilib və aktyora 15 milyon dollar təzminat ödəməyi əmr edib. Daha sonra tərəflərin vəkilləri məbləği 1 milyon dollara endirməyə razılaşıblar. Conni Deppin özü qeyd edib ki, o, keçmiş arvadını məhv etmək niyyətində deyil, ancaq yaxşı adını qaytarmaq və reputasiyasını bərpa etmək istəyib.

 

Onu zorakılıqda ittiham edən aktrisa Amber Herddən qalmaqallı boşandıqdan sonra Deppə böyük layihələrdə rol təklif edilməyib. 2018-ci ildən o, "Böyük" filmində, "Karib dənizinin quldurları"nın altıncı hissəsində və "Fantastik heyvanlar" franşizasındakı rollarını itirib.
 

Keçən yazda Amber Herdın Hollivudu tərk edərək Madridə köçməsi ilə bağlı məlumatlar ortaya çıxıb. Jurnalist Herdın yaxın dostunun sözlərinə istinad edərək, aktrisanın ispan dilini mükəmməl bildiyini və qızını Amerika mətbuatının diqqətindən yayındıraraq İspaniyanın paytaxtında yeni həyatından həzz aldığını qeyd edib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Sevgisiz böyüyən uşaqlar DAHİ olur - ARAŞDIRMA

İntuisiya ilə düşünəndə, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən yaxşı şəraitin sabit və qayğıkeş ailədə yarandığı qənaətinə gəlmək olar.   ...

Aparıcıya canlı yayımda xərçəng diaqnozu qoyuldu

ABŞ-də bir dermatoloqla canlı yayım həyata keçirən teleaparıcıya dəri xərçəngi diaqnozu qoyulub.   Sfera.az xəbər verir ki, bu barədə "Dail...

"Kapital Bank" liderləri beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər

Əməkdaşların peşəkar və şəxsi inkişafını prioritet hesab edən Kapital Bank bu yanaşmanın davamı olaraq 2024-cü ilin sentyabr ayında bank liderlərinin inkişafına...

Dövlət büdcəsinin gəlirləri 17 milyard manatı ötüb

Cari ilin yanvar-may ayları üzrə dövlət büdcəsinin gəlirləri 17 138,0 milyon manat təşkil edib ki, bu da 5 aylıq proqnozdan 639,7 milyon manat və ya 3,9 faiz ço...

Alimlər təşviş içində: Tarixin ən isti ili nə vaxt olacaq?

Ümumdünya Meteorologiya Təşkilatı növbəti beş ildən birinin 80% ehtimalla dünyanın ən isti ili olacağı proqnozunu açıqlayıb.   Sfera.az “I...

Müsəlmanları təhqir edən erməni “bloger”ə cinayət işi açıldı

İstintaq Komitəsi Moskvadakı Yaroslavski dəmir yolu vağzalında saxlanmış erməni bloger Areq Şepixinə qarşı cinayət işi açıb.   Sfera.az xəbər ve...