Şahzadə Birgitta vəfat etdi - FOTOLAR
İsveç kralının bacısı şahzadə Birgitta vəfat edib. Şahzadə bir neçə il xaricdə, Mayorkada yaşayıb.
Sfera.az bildirir ki, bu gün İsveç kralı XVI Karl Qustavın bacısı, İsveç şahzadəsi Birgitta İngeborq Alisa 87 yaşında Mayorkada vəfat edib. Bu barədə Kral Sarayının İnstaqram səhifəsində məlumat verilib.
"Bu gün böyük kədərlə bacım şahzadə Birgittanın vəfat etməsi xəbərini aldım. Bacım rəngarəng və açıq sözlü bir insan idi, mən və ailəm üçün çox ağırdır. Bütün ailəmlə birlikdə şahzadə Birgittanın övladlarına və nəvələrinə başsağlığı verirəm”-deyə Karl XVI Qustav yazıb.
Şahzadənin ölüm səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, Birgitta İngeborq Alisa İsveç şahzadəsidir, kral XVI Karl Qustafın bacısıdır. O, Hohenzollernlə evli idi. O, Västerbotten şahzadəsi Qustav Adolf hersoqu və onun həyat yoldaşı Sakson-Koburq və Qota şahzadəsi Sibillanın ikinci övladı idi. Atası İsveç kralı Bernadot sülaləsinə mənsub idi.
O, həyat yoldaşı, Alman şahzadəsi Hohenzollern İohann Georqla 1959-cu ildə Almaniyadakı qohumlarına səfəri zamanı tanış olub. Toy 1961-ci il mayın 25-də Stokholmdakı Kral Sarayında olub. Cütlüyün üç övladı var idi.
Şahzadə Birgittanın əri 2016-cı ildə vəfat edib. Özü də uzun müddət xaricdə, Mayorkada yaşayıb.
Aynil