Cənubi Koreyada 38 turist itkin düşdü

Cənubi Koreyada 38 turist itkin <span style="color:#ff0000"><b>düşdü</b></span>
Kateqoriya məlum deyil03.12.24, 09:404292 👁️
T

Cənubi Koreyanın Jeju adasına gələn təxminən 90 nəfərlik vyetnamlı qrupdan 38-i yoxa çıxıb.

 

Sfera.az xəbər verir ki, səlahiyyətlilər itkin düşən turistləri axtarırlar.

 

Qrupdakı 38 turist noyabrın 17-də geri qayıdış reysinə az qalmış yoxa çıxsa da, digər turistlər planlaşdırıldığı kimi ölkələrinə qayıdıblar.

 

Səlahiyyətlilər 30 günlük vizasız səyahət icazəsi olan vyetnamlıların dekabrın 14-dək adada qala biləcəyini bildirərək itkin düşən turistlərin tapılması üçün işlərə başlanıldığını açıqladı.

PAYLAŞ
Sehliyali
Yüklənir...