Monako şahzadəsi Leonardo Di Kaprio ilə görüşdü - FOTOLAR


Monako şahzadəsi Leonardo Di Kaprio ilə görüşdü - FOTOLAR

Monako şahzadəsi II Albert Hollivud aktyoru Leonardo Di Kaprio ilə görüşüb. Şəkillər kral ailəsinin rəsmi Instagram hesabı tərəfindən paylaşılıb.
 

Sfera.az bildirir ki, hələ 24 yaşında ikən amerikalı aktyor Yerin toxunulmamış guşələrinin qorunmasına həsr olunmuş fond yaradıb. Şahzadə Albert də ətraf mühitə kömək etməkdə maraqlıdır.


II Albert bu yaxınlarda dəniz bioloqu və kəşfiyyatçısı Enrik Salanın rəhbərlik etdiyi National Geographic ekspedisiya komandasına qoşulmaq üçün Solomon adalarına səfər edib.
 

"2008-ci ildə işə salınan proqram sağlam və möhkəm ekosistemləri qorumaq üçün planetin son təmiz dəniz regionlarının tədqiqi və mühafizəsinə yönəlib. Mərcan üçbucağının mərkəzində yerləşən Solomon adaları müstəsna dəniz biomüxtəlifliyi ilə məşhurdur, lakin getdikcə insan fəaliyyətinin təsiri ilə daha çox təhlükə altındadır” - deyə Monako şahzadəsinin mətbuat xidməti bildirib.


Ekspedisiya iştirakçıları arasında Leonardo Di Kaprio da olub. Aktyor şahzadə ilə selfi çəkdirib.


"Şahzadə Pyer Frolla ilə sualtı qayığa minib, Enrik Sala və Leonardo Di Kaprio ilə öz fədakarlığı, eləcə də okeanların qorunmasına həsr etdiyi Fondu haqqında danışıb. O, qorunan dəniz ərazilərinin inkişafı və möhkəmləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib. O cümlədən milli yurisdiksiyadan kənar ərazilər okeanların və onların biomüxtəlifliyinin qorunması üçün ən təsirli vasitələrdən biridir” - deyə kral ailəsinin mətbuat xidməti qeyd edib.


Aynil


OXŞAR XƏBƏRLƏR

Romantik adı olan təyyarə Okean üzərində müəmmalı şəkildə yoxa çıxdı - FOTOLAR

“PAA-944” kod adı verilən “Pan American World Airways Flight 7”nin müəmmalı şəkildə yoxa çıxmasından 70 ildən çox vaxt keçir. Təyyarənin...

Ekipajsız üzən sirli xəyal gəmisinin sahildə görünməsinin sirri açıldı - FOTO

Florida çimərliyində tərk edilmiş halda tapılan “Miss Monty” (Rəbb Gəmisi) gəmisinin sahibi onu gəmini tərk etməyə məcbur edən texniki problemdən da...

Metalı belə əridə bilən mədə turşusu mədəmizi necə olur ki korlamır?

Əgər siz nə vaxtsa qastrit, reflü və ya mədə yanmasından əziyyət çəkmisinizsə, mədə turşusunun nə qədər güclü olduğunu bilirsiniz. Amma əsl təəccüblü olan odur ...

Hiss dəbdəbəli evini göstərdi - VİDEO

Müğənni Hiss (Röya Məmmədova) paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, sənətçi dəbdəbəli evindən video yayıb.   O, zarafatla...

Türkiyədə ağır yol qəzası: üç nəfər ölüb, iki nəfər yaralanıb

Türkiyədə iki avtomobilin toqquşması nəticəsində üç nəfər ölüb, iki nəfər yaralanıb.   Sfera.az  “Haber Global”a istinadən xəbər ver...

Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında Prezident İlham Əliyev ilə “Sea Breeze”də həyata keç...