39 İŞİD-çı məhv edildi
Kateqoriya məlum deyil
Türk hərbçiləri 38 İŞİD terrorçusunun məhv edildiyini bildirib.
Sfera.az xəbər verir ki, hava zərbələri nəticəsində Suriyada 38 terrorçu məhv edilib.
Verilən xəbərə əsasən, türk qırıcıları tərəfindən İŞİD-in 28 obyektinə hava zərbəsi endirilib. Hücum nəticəsində qruplaşmanın komanda mərkəzləri, silah anbarları və nəqliyyat vasitələri məhv edilib.
Bir müddət əvvəl ABŞ-ın türk rəsmiləri ilə danışıqlar apardığı barədə xəbər yayılmışdı. Danışıqlara əsasən Suriyanın şimalında Əl-Bab yaşayış məntəqəsində türk silahlı qüvvələrini dəstəkləyəcək.






