Avropada qaz BAHALAŞDI - Yeni qiymət

Avropada qaz BAHALAŞDI - Yeni qiymət

Avropada qazın qiyməti 2023-cü ilin noyabrından bəri ilk dəfə olaraq min kubmetr üçün 500 dolları ötüb.

 

Sfera.az xəbər verir ki, qazın qiyməti Rusiyadan tədarükün kəsilməsi ilə bağlı məlumatların yayılması fonunda yüksəlib.

 

Bundan əvvəl Avstriyanın OMV şirkəti münasibətlərinin pisləşməsi səbəbindən Rusiyadan yanacaq idxalında mümkün fasilələr barədə xəbərdarlıq etmişdi. Şirkət “Qazprom Eksport”un törəmə müəssisəsinə qarşı arbitraj məhkəməsində 230 milyon avro tələbi ilə iddia qaldırıb və bu məhkəməni qazanıb.

 

Avropada qazın bahalaşmasına təsir edən digər amil qış mövsümünün başlamasıdır. Bu mövsümdə qaz istehlakı artdığından təbii yanacağın qiyməti yaz və yay mövsümünə nisbətən yüksək olur.

 

Qeyd edək ki, Azərbaycan da Avropaya qaz satır. Qiymətlərin yüksəlməsi Azərbaycanın ixrac gəlirlərinin artmasına kömək edəcək.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycana 8 milyondan çox həşərat gətirildi: Əsas səbəb nədir? – VİDEO

  Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyi...

Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz

Bakıda taksi xidmətləri ilə bağlı şikayətlər artır. Yalnız sərnişinlər deyil, sürücülər də narazılıq edirlər. Onlar bildirirlər ki, bir sifarişdə bir neçə ünvan...

Azərbaycanda eyni gündə 5 şirkət ləğv olundu

Azərbaycanda eyni gündə 5 şirkət ləğv olunub.   Sfera.az FED.az-a istinadən xəbər verir ki, ləğv olunan şirkətlərin siyahısı aşağıdakı kimidir: &n...

Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib

Bakıda Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin tibb xidməti nümayəndələri arasında "Hərbi tibb sahəsində əməkdaşlıq" üzrə ikitərəfli görüş keç...

ABŞ-nin bu şəhərində də komendant saatı tətbiq edildi

Spokanın (Vaşinqton ştatı) bir rayonunda komendant saatı tətbiq edilib.   Sfera.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. ...

Goranboyda kişi zəhərlənərək öldü

Goranboyda kişi zəhərlənərək ölüb.   Sfera.az xəbər verir ki, Qaradağlı kənd sakini Yavər Ələmdar oğlu İbrahimov yaşadığı evdə zəhərlənərək aparıldığ...