Madonna sevgilisindən ayrıldı - FOTO

Madonna sevgilisindən ayrıldı - FOTO

Amerikalı pop diva Madonna bu yay münasibətdə olduğu özündən 37 yaşlı kiçik sevgilisi Akim Morrisdən ayrılıb.

 

Sfera.az bildirir ki, iddialara görə sevgililər oktyabr ayında ayrılıblar, lakin bu barədə açıqlama verməyiblər. Məşhur ifaçıya yaxın mənbənin sözlərinə görə, ayrılıq qaçılmaz idi. 66 yaşlı Madonna və 28 yaşlı Akeem Morris qalmaqalsız, sakit ayrılıblar və bundan dram yaratmayıblar. Ulduzun bir çox pərəstişkarı qızı Lourdes ilə Nyu-Yorkdakı seçki məntəqəsinə səs verməyə gedəndə orada Morrisin olmadığını görüblər.

 

"Madonnanın bütün son münasibətlərində olduğu kimi bu oyuncaq oğlanla da eyni şey təkrarlanırdı. Yaş fərqi əsaslı problemə çevrilmişdi"- deyə mənbə qeyd edib.

 

Mənbənin fikrincə, cütlüyün dünya üzrə birgə səyahətləri başa çatdıqdan sonra onların romantik münasibətləri də pozulub.

 

"Dünya səyahətləri bitdikdə, həvəs, ehtiras da bitdi. Xoşbəxtlikdən, ayrılıq o qədər də dramatik olmadı. Sadəcə olaraq vaxt idi. Akeem indi adada yaşayır və görünür, Madonna öz bioqrafik kitabı üzərində işləyir”.

 

Madonna və Morris arasındakı münasibət haqqında şaiyələr ilk dəfə 2022-ci ildə yayılmağa başlayıb. 28 yaşlı futbolçu Yamaykanın İspan qəsəbəsindəndir və Stony Brook Universitetində futbol oynayıb. Daha sonra Premyer Liqa klubu “Oyster Bay United FC-“”də çıxış edib.

 

Qeyd edək ki, Madonna gənc sevgili həvəskarı kimi tanınır və tez-tez sevgili dəyişir.

 

65 yaşlı Madonna bundan əvvəl 24 yaşlı model Endryu Darnell, 30 yaşlı boksçu Coşua Popper və 29 yaşlı Ahlamalik Uilyamsla sevgili olub.

 

Müğənninin daha əvvəllər də bir çox odlu-alovlu sevgi münasibətləri olsa da, son zamanlar o, gənc namizədlərə üstünlük verir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...

Azərbaycanda nazir koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.   Sfera.az bildirir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Kənd Tə...

Hər yerdən atəş səsləri eşidilir, tanklar küçələrdədir: Liviyada vətəndaş müharibəsi başlayıb

Liviyanın Misrata şəhəri ilə paytaxt Tripoli arasında vətəndaş müharibəsi başlayıb: paytaxtda güclü atışma səsləri eşidilir, küçələrdə isə hərbi texnika görünüb...

"Anadolu Ankası-2025" təlimləri başladı

Türkiyə Respublikasının Konya şəhərində yerləşən aviabazada müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçirilən "Anatolian Phoenix - 2025" ("...