Türkmənistan İranın qazını kəsib
12:07 / 04.01.2017
954
Türkmənistan İrana qaz tədarükünü məhdudlaşdırıb.
AzVision.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkmənistan XİN-i məlumat yayıb. Qeyd olunub ki, İran Milli Qaz Şirkəti son üç il ərzində tədarük olunan türkmən qazına görə yaranmış borcun ödənilməsində lazımi səylər göstərmir.
XİN-nin xəbərdarlığında bildirilib ki, 2016-cı il ərzində İran tərəfi qaz tədarükünün dayandırıla biləcəyi barədə rəsmi qaydada dəfələrlə məlumatlandırılıb:
`Türkmənistanın konstruktiv təşəbbüsləribə qarşı İran Milli qaz şirkətinin müsbət reaksiyasının olmaması, qarşılıqlı məqbul həll variantının tapılmasında passivliİk 1 yanvar 2017-ci ildən İrana türkmən təbii qazının nəqlinin məhdudlaşdırılmasına gətirib çıxarıb`.
Türkmənistan həmçinin İrana qaz tədarükünün məhdudlaşdırılması məsələsini siyasiləşdirməməyə çağırıb.