Logo

Zelenski Trampa zəng etdi: "Bu barədə razılığa gəldik”

Zelenski Trampa zəng etdi: "Bu barədə razılığa gəldik"
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın seçilmiş prezidenti Donald Trampa zəng edərək onu təbrik edib.

Sfera.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədə yazıb.

“Prezident Donald Tramp ilə əla telefon danışığım olub, onu tarixi qələbəsi münasibətilə təbrik etdim – onun möhtəşəm kampaniyası bu nəticəni mümkün edib. Onun ailəsini və komandasını gözəl işlərinə görə təriflədim”, – ukraynalı siyasətçi qeyd edib.

O, “sıx dialoqu davam etdirmək və əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəldiklərini” bildirib.

Zelenskinin sözlərinə görə, güclü və sarsılmaz ABŞ liderliyi dünya və ədalətli sülh üçün həyati önəm daşıyır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR