Nazir: Almaniya Ukraynaya əlavə 200 milyon avro ayıracaq
18:35 / 04.11.2024
7777
Almaniyanın xarici işlər naziri Annalena Barbok Kiyevə səkkizinci səfərini edib.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın paytaxtında o, Andrey Sibiqa ilə danışıqlar aparıb və Ukraynaya 200 milyon avro yardım ayrıldığını açıqlayıb.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin sözlərinə görə, pulun cəbhə bölgəsinin sakinlərinə dəstək üçün istifadə olunacağı iddia edilir.
“Təcili humanitar yardımdan istifadə edərək, onlar ukraynalılar üçün yorğan və ya isti qış paltarları alacaq, enerji təchizatı olmayan döyüş təmas xəttinin yaxınlığındakı evləri qızdıracaqlar”, - deyə qeyd edilib.
Eyni zamanda, onlar ayrılan məbləği enerji sektorunun saxlanmasına sərf etməyi planlaşdırmırlar.
İnci