“Windows 10”un yenilənməsi pullu olacaq - MƏBLƏĞ

“Windows 10”un yenilənməsi pullu olacaq - MƏBLƏĞ

 

“Windows 10”un dəstəklənməsi və yeniləmələrin aparılması 2025-ci ilin oktyabrın 14-də dayandırılacaq. Bundan sonra istifadəçilər ya “Windows 11”ə keçməli, ya da köhnə əməliyyat sistemindən normal istifadə edə bilmələri üçün yeniləmələri pulla almalıdırlar.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, “Windows” əməliyyat sisteminin sahibi olan ABŞ-nin “Microsoft” şirkəti bu əməliyyat sisteminin istifadəçilərindən Genişləndirilmiş Təhlükəsizlik Yeniləmələri (ESU) üçün 30 dollar alacaq. Həmin 30 dollar müqabilində istifadəçilər bir il ərzində vacib təhlükəsizlik yeniləmələri alacaqlar.

 

“Windows 10” üçün genişləndirilmiş dəstək korporativ müştərilər üçün də əlçatan olacaq, lakin məbləğlər tamamilə fərqlənəcək. ESU-nun birinci ili şirkətlərə 61 dollara, ikinci il 122 dollara, üçüncü il üçün isə 244 dollara başa gələcək.

 

"Windows" sistemləri üzrə qlobal statistikanı təhlil edən “Statcounter” resursu qeyd edir ki, son aylarda “Windows 11”in payı xeyli artıb. “Windows 10” hələ də 60% bazar payı ilə ən populyardır, lakin yeni əməliyyat sistemi artıq cihazların 35%-də quraşdırılıb.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

"Toylara ən çox aparılan müğənnidir, amma səsi yoxdur"

Aparıcı Günay Baxşəliyeva açıqlaması ilə diqqət çəkib.   Sfera.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" proqramı zamanı adını açıqlamad...

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...