İspaniyada sel nəticəsində ölənlərin sayı 155 nəfərə çatdı
Dünya
20:09 / 31.10.2024
147
İspaniyanın şərqindəki Valensiya muxtar icmasında daşqınlar nəticəsində ölənlərin sayı 155-ə çatıb.
Sfera.az xəbər verir ki, bu barədə regional fövqəladə hallar xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Daha əvvəl ölü sayı 140 nəfər təşkil edirdi.
Hazırkı fırtına İspaniya tarixinin ən dağıdıcı təbii fəlakətlərindən biri hesab olunur.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin sakinləri evlərini tərk etməməyə çağırılıb.