Dağıstanın keçmiş naziri terrorçu və ekstremistlərin siyahısına salındı
Dünya
23:36 / 31.10.2024
2059
Dağıstanın (Rusiya Federasiyası) keçmiş idman naziri Maqomed Maqomedov Rusiyanın Maliyyə Monitorinqi Xidmətinin terrorçu və ekstremistlər siyahısına daxil edilib.
Sfera.az xəbər verir ki, bu barədə idarənin saytında məlumat verilir.
M.Maqomedov xidməti vəzifəsindən istifadə edərək terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunur.
Sovet pilotu Valeri Çkalovun nəvəsi Darya Boqdanova da bu siyahıya daxil edilib.
Qeyd edək ki, M.Maqomedov 2012-2021-ci illərdə Dağıstanın idman naziri vəzifəsində çalışıb. 2021-ci ilin aprelində Qızılyurtun rəhbəri olub. (oxu.az)