38 İŞİD terrorçusu öldürüldü

38 İŞİD terrorçusu öldürüldü
 
Əl-Bab əməliyyatı çərçivəsində 38 İŞİD terrorçusu öldürülüb.
Ölkə.Az xəbər verir ki, türk ordusundan verilən məlumata əsasən, həm Türkiyə, həm də Rusiya əməliyyatda iştirak edib.
Dünən Türkiyə prezidenti Ərdoğan koalisiya qüvvələrinin Əl-Bab əməliyyatını dəstəkləmədiyini bəyan etmişdi. Bu gün isə Türk Silahlı Qüvvələrindən rus və türk hərbi hava qüvvələrinin Əl-Bab əməliyyatında iştirakına dair açıqlama verilib.
Açıqlamada deyilir: "Rusiya hərbi qırıcıları Əl-Bab və bölgənin cənubunda yerləşən İŞİD hədəflərinə qarşı 3 əməliyyat keçirib. Nəticədə 12 terrorçu öldürülüb. Türk hərbi qırıcıları isə 17 İŞİD hədəfini məhv edib. İlkin məlumatlara əsasən 26 terrorçu qətlə yetirilib".



OXŞAR XƏBƏRLƏR