Zurabişvilidən prokurorluğa çağırılmasına: Prezident kimi...

Zurabişvilidən prokurorluğa çağırılmasına: Prezident kimi...

Gürcüstan Prezidenti Salome Zurabişvili oktyabrın 26-da parlament seçkilərinin mümkün saxtalaşdırılması işi ilə bağlı çağırıldığı Baş Prokurorluğa getməyəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə prezident özü məlumat verib.

 

"Hər kəs öz işi ilə məşğul olmalıdır. Mən prezident kimi işimi davam etdirəcəyəm və açıq-aydın prokurora getmək fikrim yoxdur", - o bildirib.

 

Onun sözlərinə görə, istintaq orqanı konkret işin sübutunu özü tapmalı, bunu prezidentdən tələb etməməlidir.

 

Zurabişvili həmçinin qeyd edib ki, onun prokurorluğa çağırılması şübhəli şəkildə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin bəyanatı ilə üst-üstə düşür.

 

Qeyd edək ki, daha öncə Medvedyev açıqlamasında bildirib ki, Zurabişvilinin öz ölkəsində iğtişaşlara səbəb olan hərəkətlərinə standart cavab onun vəzifəsindən uzaqlaşdırılması və həbsi olacaq.

 

Bundan dərhal sonra isə Gürcüstanın Baş Prokurorluğu Prezident Salome Zurabişvilini sonuncu parlament seçkilərinin saxtalaşdırılması ilə bağlı səsləndirdiyi fikirlərə görə dindirilməyə çağırıb.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...