İran “İPhone” idxalına qoyulan qadağanı LƏĞV ETDİ

İran “İPhone” idxalına qoyulan qadağanı LƏĞV ETDİ

İran hakimiyyəti “İPhone” smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

 

Sfera.az xəbər verir ki, bu barədə ölkənin informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib.

 

“Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün hüquqi məsələlər üzrə razılıq ala bildik. “İPhone” idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, - Haşimi bildirib.

 

Qeyd edək ki, mayın 30-da İran gömrüyü ölkəyə istənilən nəsil “İPhone” smartfonlarının idxalına qadağa tətbiq edilməsi ilə bağlı bəyanat yaymışdı.Həmçinin 2017-ci ildə “Apple” korporasiyası ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyalara görə iranlı tərtibatçıların bütün mobil proqramlarını “App Store” tətbiqindən silib.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Qəzza ilə bağlı danışıqlar davam etdiriləcək

İsrailin Baş naziri Benyamin Netanyahu danışıqlarda iştirak edən komandasına Qətərdə Qəzza zolağında vəziyyətin nizamlanması və girovların azad edilməsi ilə bağ...

ABŞ-də avtomobili partlatmaqda şübhəli bilinən şəxs ordunun çavuşu olub

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Las-Veqasdakı hotelinin qarşısında “Tesla Cybertruck” avtomobilinin partlayışında şübhəli bilinən şə...

Prezidentin Qusarda vətəndaşlarla səmimi görüntüləri - VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin bu gün Şahdağ Turizm Kompleksinin ərazisində inşa edilən “Lakeside” hoteli...

Konqoda avtomobil yolunun tikintisində iştirak edən iki çinli öldürüldü

Çinin iki vətəndaşı Konqo Demokratik Respublikasının (KDR) cənubunda bir qrup yerli mütəxəssisi mühafizə edən polis zabiti tərəfindən öldürülüb.   Sf...

İlon Mask FTB-də islahatların zəruri olduğunu açıqladı

Amerikalı iş adamı İlon Mask FTB-də ciddi islahatların aparılmasının zəruri olduğunu bildirib.   Sfera.az xəbər verir ki, iş adamı bu barədə “X...

Avropada qazın qiyməti ən yüksək həddə çatdı

Bu gün Avropa ölkələrində qazın qiyməti 2023-cü ilin oktyabrından bu yana ən yüksək həddə çatıb.    Sfera.az xəbər verir ki, bu barədə “Bl...