Ərdoğan Meral Akşenerə qarşı bütün iddialarından imtina etdi

Ərdoğan Meral Akşenerə qarşı bütün iddialarından imtina etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İYİ Partiyanın keçmiş sədri Meral Akşener haqqında irəli sürdüyü bütün şikayətlərindən imtina edib.

 

Sfera.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin vəkili Hüseyn Aydın sosial şəbəkə hesabında bildirib.

 

H.Aydın vurğulayıb ki, bununla da prezidenti təhqir etdiyi üçün M.Akşenerə açılan üç istintaq işindən, dörd mülki iddiadan və maddi təzminatlardan imtina edilib.


OXŞAR XƏBƏRLƏR