"Şimali Koreya əsgəri Ukraynaya girsə, öldürüləcək" - Baydendən QƏTİ MÖVQE
ABŞ lideri Cozef Bayden Ukraynaya Şimali Koreya hərbçilərini öldürməyi əmr edib.
Sfera.az bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Nəşr ABŞ prezidentinin çıxışına istinad edib.
“Bloomberg”in məlumatına görə, jurnalistlərdən biri Ağ Ev rəhbərindən Ukraynanın Şimali Koreyadan olan əsgərlərə zərbə endirməli olub-olmadığını soruşub. Bayden isə qarşılığında “Ukraynaya girsələr, bəli” cavabını verib.
Bayden həmçinin bildirib ki, Şimali Koreya qoşunlarının artıq Rusiyaya gəlməsi ilə bağlı yayılan şayiələrdən narahatdır.
Xatırladaq ki, ötən gün Pentaqonun sözçüsü Sabrina Sinq KXDR-nin Rusiyaya təxminən 10 min hərbçi göndərdiyini deyib. Məlumata əsasən, onlar Kursk yaxınlığında yerləşdirilib. Rusiya Xarici İşlər Nazirliyi və Kreml isə Şimali Koreyadan olan silahlı qüvvələrin cəbhəyə gəlməsi ilə bağlı məlumatları “cəfəngiyyat” adlandırıb. Rusiya Prezidenti Vladimir Putin Şimali Koreyanın savaşda iştirakına ehtiyac olmadığını açıqlayıb.
Günay