Avropa Çin elektromobillərinə sanksiya TƏTBİQ ETDİ - Rəsmi Pekindən AÇIQLAMA

Avropa Çin elektromobillərinə sanksiya TƏTBİQ ETDİ - Rəsmi Pekindən AÇIQLAMA

Avropa İttifaqı Çindən idxal edilən bəzi elektrik mühərrikli avtomobillərə (elektromobil) görə 45,3 faiz rüsum alacaq. Buna səbəb Çində elektromobil istehsalına dövlətin subsidiya verməsi və bu dəstəyin hesabına avtomobillərin maya dəyərinin aşağı düşməsidir.

 

Sfera.az “Reuters”ə istinadən xəbər verir ki, Avropa İttifaqı eləcə də “Tesla” üçün 7,8%, Çinin SAIC firmasının avtomobilləri üçün 35,3% əlavə rüsumlar tətbiq edəcək.

 

Əlavə tariflər rəsmi olaraq təsdiqlənib və çərşənbə axşamı Avropa İttifaqının rəsmi jurnalında dərc edilib. Qərar bu gündən qüvvəyə minib.

 

Avropa İttifaqı ticarət siyasətinə nəzarət edən Komissiya bildirib ki, tətbiq ediləcək tariflər Çində həyata keçirilən ədalətsiz subsidiyalar, o cümlədən güzəştli maliyyələşdirmə və qrantlar, habelə bazar qiymətlərindən aşağı olan torpaq, akkumulyatorlar və xammallarla mübarizə üçün lazım olacaq.

 

Bu qərarla bağlı Çin Ticarət Nazirliyi də açıqlama verib. Çin tərəfi bu qərarla razılaşmadığını və onu qəbul etmədiyini bəyan edib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycan XİN İspaniyaya başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi İspaniyanın Valensiya bölgəsində baş verən daşqınlar zamanı həyatını itirənlərlə bağlı başsağlığı verib.   Sfera.az...

Rəşad Nəbiyev Neftçalada vətəndaşları qəbul edəcək

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 7 noyabr 2024-cü il tarixində saat 09:30-da Neftçala şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Hacıqabul, S...

Özəl bağçalara hansı dövlət qurumu nəzarət edir? - AÇIQLAMA

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələrində baş verən hadisələr həmin bağçalara nəzarətin necə olduğu barədə suallar doğurur. Qeyd edək ki, 2024-...

Bu şəxslər yeni vəzifəyə TƏYİN EDİLDİ

İki regional təhsil idarəsinin müdiri yeni vəzifəyə təyin edilib.   Sfera.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə ...

Mikayıl Cabbarov Rebeka Qrinspan ilə müzakirələr apardı

"İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT) iqlim maliyyəsi, investisiya, ticarət və dayanıqlı inkişaf məsələlərini bir araya gət...

Noyabrda 3 bürcün pul problemi olmayacaq

Noyabr ayında üç bürcü maddi rifah gözləyir. Astrologların fikrinə görə, Tərəzi, Qoç və Dolça bürcləri 2024-cü ilin noyabr ayında yeni iş imkanları əldə edərək ...