İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq

İndoneziya COP29-da ölkə prezidentinin xüsusi nümayəndəsi ilə təmsil olunacaq

İndoneziya Prezidentinin energetika və ətraf mühit üzrə xüsusi nümayəndəsi Haşim Cocohadikusumo Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İndoneziya nümayəndə heyətinə rəhbərlik edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə prezidentinin xüsusi nümayəndəsi “CNN Indonesia” telekanalına məlumat verib.

 

“Mən Prezident Prabovo Subianto tərəfindən COP29 üzrə xüsusi nümayəndə təyin edildim”, - o bildirib.

 

O, İndoneziyanın bu konfransa hazırlıq səviyyəsindən də məmnunluğunu ifadə edib: “Mən İndoneziya hökumətinin qarşıya qoyduğu məqsədlərə çatacağına nikbinəm”.

 

İndoneziya ətraf mühit naziri Hanif Faysol Nurofik bildirib ki, COP29-da İndoneziya Milli Səviyyədə Müəyyən Edilmiş Töhfədə (NDC) müəyyən edilmiş iqlim dəyişikliyi ilə mübarizə hədəflərinə nail olmaqda irəliləyiş barədə məlumat verəcək. Bu sənəd çərçivəsində İndoneziya 2030-cu ilə qədər istixana qazı emissiyalarını 31,89 % azaltmağı hədəfləyib ki, bunun böyük hissəsi öz səyləri, 43,2 %-i isə beynəlxalq birliyin dəstəyi ilə əldə ediləcək.

 

Bundan əlavə, o qeyd edib ki, COP29-da İndoneziya istixana qazı emissiyalarının azaldılmasını sürətləndirmək üçün tədbirləri nəzərdən keçirəcək, həmçinin konfransda iştirak edən bir sıra ölkələrlə karbon kvotaları ticarəti sahəsində əməkdaşlığı müzakirə edəcək.


OXŞAR XƏBƏRLƏR

Azərbaycan klubunun rəsmisi 5 oyunluq cəzalandırıldı

AFFA U-15 Liqasında çıxış edən "Asta" klubunun rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nı...

Paşinyan “sülh qovşağı” təşəbbüsünə niyə Türkiyəni də daxil etmək istəyir?

"Ermənistanın Baş naziri Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizi...

Avropa Çin elektromobillərinə sanksiya TƏTBİQ ETDİ - Rəsmi Pekindən AÇIQLAMA

Avropa İttifaqı Çindən idxal edilən bəzi elektrik mühərrikli avtomobillərə (elektromobil) görə 45,3 faiz rüsum alacaq. Buna səbəb Çində elektromobil istehsalına...

Bakıda yol qəzası oldu - Sıxlıq yarandı

Bakının Nəsimi rayonunda baş verən yol qəzası sıxlığa səbəb olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdar...

MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək

Dekabrın sonunda Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.   Sfera.az BELTA-ya istinadən xəbər verir ki, bu bar...

Sabah hava necə olacaq? - PROQNOZ

Oktyabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarıma...