Tramp seçkilərdə qalib gələrsə... - Namizəddən VƏD

Tramp seçkilərdə qalib gələrsə... - Namizəddən VƏD

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp prezident seçkilərində qalib gələcəyi təqdirdə Rusiya ilə sülh əldə edəcəyinə və üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.
 

Sfera.az TASS-a istinadən xəbər verir ki, Florida ştatındakı Mar-a-Laqo mülkündə Respublikaçılar Partiyasından prezidentliyə namizəd tərəfdarlarını və jurnalistləri əmin edib ki, seçkidə qalib gələrsə, qlobal silahlı münaqişənin qarşısını almağa çalışacaq. O, həmçinin Çin, Rusiya və digər ölkələrlə münasibətləri yaxşılaşdıracağına əminliyini ifadə edib.
 

Bundan əlavə, Tramp ABŞ-də daha əvvəl onunla Rusiya arasında guya sövdələşmə olması barədə eyhamlar yayan siyasi dairələri yenidən tənqid edib. Daha əvvəl seçki kampaniyası zamanı Tramp seçki bitdikdən sonra “kiçik sirrini” bölüşəcəyinə söz vermişdi.

İnci


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda tibb bacıları nə qədər maaş alır?

İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin əməkhaqları "“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tab...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib.  ...

Vergi Məcəlləsinə dəyişiklik qüvvəyə minib

Prezident İlham Əliyev Milli Məclisin aprelin 11-də qəbul etdiyi Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.  ...

Rusiya nümayəndə heyəti İstanbuldadır - "Rəsmi Moskva ciddi işə hazırdır"

Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqlar üçün İstanbula gəlib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zax...

Azərbaycan bu ölkələrdən 1,7 milyard dollarlıq qızıl alıb - Siyahı

2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 milyard 703,7 milyon ABŞ dolları dəyərində 18 min 941,9 kiloqram qızıl idxal edilib.   Sfera.az...

Bülent Ersoy vəsiyyətini açıqladı - Tanınmış müğənni nələrə sahibdir?

Dəbdəbəli həyatı və bahalı zövqləri ilə ara-sıra gündəmdə olan türk müğənnisi Bülent Ersoy İzmirdə səhnəyə çıxıb. Səhnədə vəsiyyəti ilə bağlı açıqlama verən müğ...