Ukraynalı nazirin Rusiyaya 5,7 milyon BORCU VAR

Ukraynalı nazirin Rusiyaya 5,7 milyon BORCU VAR

Ukraynanın keçmiş nəqliyyat və rabitə naziri Nikolay Rudkovskinin Rusiyaya 5,7 milyon rubldan çox borcu var.

 

Sfera.az bildirir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd olunub ki, borcun məbləği rəsmi sənədlərə görə cinayət nəticəsində dəymiş zərərlə bağlıdır.

 

“Keçmiş Ukrayna rəsmisi Nikolay Rudkovskinin Rusiyaya 5 milyon 750 min 12 rubl borcu var. Borc 2014-cü il iyunun 14-də radikalların Rusiyanın Kiyevdəki səfirliyinə yumurta və daşla hücumu zamanı baş vermiş insidentlə bağlı yaranıb. Ukrayna Ali Radasının deputatı olan Rudkovski də səfirliyə daş ataraq hücumda iştirak edib, daha sonra hadisə yerindən qaçıb”, - agentlik bildirib.

 

Qeyd olunub ki, dəymiş ziyan təxminən 14 milyon rubl olaraq qiymətləndirilib. Rudkovski isə 2018-ci ilin oktyabrında Rusiya ərazisində həbs edilib. Bir il sonra məhkəmə onu həbs cəzasına məhkum edib. O, kütlənin təzyiqi altında hərəkət etdiyini bildirərək, əməlinə görə üzr istəyib.

 

Xatırladaq ki, Nikolay Rudkovski Ukraynanın keçmiş nəqliyyat naziri olub. Onun adı dəfələrlə ölkənin ən varlı adamlarının siyahısında yer alıb.

 

Günay 


OXŞAR XƏBƏRLƏR