Çeçenistanda universitetə PUA ilə hücum edildi

Kateqoriya məlum deyil
T
Çeçenistanda Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinə pilotsuz uçuş aparatı ilə hücum edilib.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov öz teleqram kanalında açıqlayıb.
O bildirib ki, Qudermes şəhərində baş verən hadisə zamanı universitet ərazisində yerləşən boş binanın damında yanğın baş verib.
İnsident nəticəsində xəsarət alan olmayıb. Kadırov yanğının söndürüldüyünü də qeyd edib.






