Logo

ABŞ-nin Suriyadakı bazasına PUA-lar hücum etdi

ABŞ-nin Suriyadakı bazasına PUA-lar hücum etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dronlar Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığındakı Əl-Ömər neft yatağında ABŞ hərbi bazasına hücum edib.

Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti mənbəyə istinadən məlumat yayıb.

“Dörd pilotsuz təyyarə Amerika bazasına şimal-şərq tərəfdən hücum edib. Onlar baza daxilindəki obyektləri hədəf alıb və birbaşa bu obyektləri vurublar”, - saytda qeyd olunub.

O da bildirilib ki, oktyabrın 27-də iki pilotsuz təyyarə də bu bazaya hücum edib. Ümumilikdə Suriyada Amerikanın 24 bazası, həmçinin 4 mövcudluq nöqtəsi var.

Bundan əvvəl ABŞ-nin Deyr əz-Zor əyalətində Konoko neft-qaz yatağı yaxınlığında yerləşən bazası raket atəşinə tutulub. Dəqiqləşdirilib ki, zərbəyə cavab olaraq amerikalı hərbçilər Həvicə Sukr və Əl-Cufra kəndlərini artilleriya atəşinə tutmağa başlayıblar, oradan da onların bazasına hücum etmək olar.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR