Bloomberg Kamala Harrisə 50 milyon dollar bağışladı

Bloomberg Kamala Harrisə 50 milyon dollar bağışladı

Bloomberg xəbər agentliyinin əsasını qoyan amerikalı sahibkar və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq Demokratlar Partiyasından ABŞ prezidentliyinə namizəd olan vitse-prezident Kamala Harrisə dəstək məqsədilə təxminən 50 milyon dollar ianə edib. 

 

Sfera.az xəbər verir ki, bu barədə “The New York Times” adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

 

Amerika mediası onun bunu milyarder dostlarının, o cümlədən Bill Qeytsin təzyiqi ilə etdiyini yazıb.

 

Qeyd olunur ki, Bloomberg dostları və milyarder yoldaşları, o cümlədən Bill Qeyts və Rid Hoffman tərəfindən ciddi təzyiqlərə məruz qalıb. Onu Harrisə dəstəyini artırmağa çağırışlar olub. Qəzet bildirib ki, Blumberg bu yaxınlarda Harrislə bu məsələni telefonla təkbətək müzakirə edib.

 

"New York Times"ın məlumatına görə, maliyyə dəstəyi media maqnatı tərəfindən Kamala Harrisin prezidentlik kampaniyasını dəstəkləyən "Future Forward USA Action" qeyri-kommersiya təşkilatına yönəldilib. Bundan əvvəl nəşr eyni təşkilata Bill Qeytsdən 50 milyon dollar ianə verdiyini də xəbər vermişdi.

 

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-nə təyin edilib.

 

İnci 


OXŞAR XƏBƏRLƏR

İslandiyada iş həftəsinin dörd günə endirilməsi eksperimentinin nəticələri

Bir neçə il öncə İslandiya dörd günlük iş həftəsi tətbiq edib. Sosial Elmlər İnstitutunun araşdırmasına görə, bu ölkənin iqtisadiyyatının yaxşılaşmasına kömək e...

Milyarder itinə, köməkçisi və aşpazına 100 milyon dollarlıq miras qoydu

Xəbər verdiyimiz kimi, oktyabrın 9-da vəfat edən 86 yaşlı hindistanlı milyarder Ratan Tata vəfat edib.    Sfera.az bildirir ki, Ratan Tata 118 m...

60 nəfərlik kənddə kuklalar əhali sayını üstələyir - FOTOLAR

Yaponiyanın Ichinono kəndində cəmi 60-a yaxın sakinin yaşadığı tənha bir kənddə yerli sakinlər özlərini tək hiss etməmək üçün kuklalardan ibarət yeni bir "...

Hindistanda toy günü ölən gəlinin yerinə kimi qoyduqlarına inanmayacaqsınız

Hindistan toylarının olduqca möhtəşəm olduğunu görmüsünüz. Ancaq bu dəfə toyun nə qədər möhtəşəm olmasından yox, gəlinləri dəyişənlər mövzu olub.   ...

ABŞ-nin Suriyadakı bazasına PUA-lar hücum etdi

Dronlar Suriyanın şərqindəki Deyr əz-Zor şəhəri yaxınlığındakı Əl-Ömər neft yatağında ABŞ hərbi bazasına hücum edib.   Sfera.az xəbər verir ki, bu barə...

Putinin COP-29-da iştirakı ilə bağlı AÇIQLAMA

"Rusiya Prezidenti Vladimir Putinin Bakıda keçiriləcək iqlim konfransında iştirak edib-etməyəcəyi bəlli deyil".   Sfera.az xəbər verir ki, ...