Gürcüstanda uçuş zamanı təyyarəni iki dəfə ildırım vurdu

Dünya
19:23 / 28.10.2024
7366
Gürcüstanda Kutaisi şəhərindən Çexiyaya uçan təyyarəni iki dəfə ildırım vurub.
Sfera.az bildirir ki, Kutaisidən Praqaya uçan “Wizz Air” reysi ildırım vurduqdan sonra təyyarə hava limanına qayıdıb.
Sərnişinlərin dediyinə görə, təyyarə hündürlüyə çatdıqdan az sonra iki dəfə ildırım düşüb. Onlar pəncərədən kənarda yüksək səs eşitdiklərini bildiriblər. Uçuş bələdçiləri ildırımdan mühafizə sisteminin zədələndiyini açıqlayıblar.
Hələlik nə hava limanı, nə də “Wizz Air” məlumatı şərh etməyib.
Aysel