ABŞ vətəndaşları narahatdır: "Seçkilərin nəticəsi dəyişdirilə bilər"

ABŞ vətəndaşları narahatdır: "Seçkilərin nəticəsi dəyişdirilə bilər"

ABŞ-də aparılan sorğu göstərib ki, vətəndaşlar noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra baş verə biləcək zorakılıqlardan və nəticələrin dəyişdirilməsi cəhdlərindən narahatdırlar.

 

Sfera.az bildirir ki, bununla bağlı “Associated Press” agentliyi ilə “NORC” İctimai Əlaqələr Mərkəzi birgə sorğu keçirib. Qeyd olunub ki, hər 10 respondentdən 4-ü eyni fikirdədir. İştirakçıların təxminən üçdə biri isə seçkidən sonra zorakılığın olacağını düşünmür.

 

Respondentlərin yalnız üçdə biri Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkidə məğlub olacağı təqdirdə nəticələri qəbul edəcəklərini deyib. Ümumiyyətlə, bildirilib ki, demokratlar və respublikaçıların bu məsələyə baxışları fərqlidir. Sorğuya görə, respublikaçıların təxminən üçdə ikisi düşünür ki, Tramp prezident seçkilərinin nəticələrini qəbul edəcək, lakin on demokratdan yalnız biri bununla razılaşır.Digər tərəfdən, iştirakçıların təqribən yarısı namizədin xalqın səsini itirərək prezident olması ehtimalını “böyük problem” kimi dəyərləndirib.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Anasının sanitar qovşağa atdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğulan uşağın görüntüləri yayılıb.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlıq vəzi...

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...