BMT bu gün İsrail-İran məsələsi üçün TOPLAŞACAQ

11:03 / 28.10.2024
8746
Bu gün BMT İsrail-İran məsələsinə görə toplaşacaq.
Sfera.az bildirir ki, İsrailin İrana zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası oktyabrın 28-də iclas keçirəcək. Bu barədə sentyabrda Təhlükəsizlik Şurasına sədrlik edən BMT-dəki İsveçrə missiyası məlumat yayıb.
Qeyd olunub ki, İran görüşün keçirilməsini xahiş edib. Həmçinin Əlcəzair, Çin və Rusiya Federasiyası bunu dəstəkləyib.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri İrandakı hərbi obyektlərə zərbələr endiriləcəyini açıqlamışdı. “CBS News” telekanalı qeyd edib ki, İsrailin İrana hücumu yalnız hərbi hədəflərlə məhdudlaşıb, nüvə və neft obyektlərinə yönəldilməyib.
Günay